Ən güclü eşitmə qabiliyyətinə malik olan heyvan

  • 10-04-2019, 02:25
  • Sosial
  • 103
Ən güclü eşitmə qabiliyyətinə malik olan heyvan
Rusiyanın Severtsov adına ekologiya və təkamül institutu ilə birgə Çinin hidrobiologiya akademiyasının mütəxəssisləri, dəniz çoşkasının yüksək tezlikli eşitmə qabiliyyətinə malik olmasını aşkar ediblər.

Remz.info Milli.Az-a istinadən bildirir ki, bu heyvan, Yantszı çayında yaşayır.

Alimlərin verdiyi məlumata əsasən, tədqiqat, hidrobiologiya institutunun delfinarisində keçirilmişdir. Bu, dəniz çoşkalarının saxlandığı yeganə delfinaridir. Tədqiqatın əsas məqsədi, antropogen səslərin bu heyvanlara təsirini təyin etməkdir.Alimlər dəniz çoşkalarının qeyri-adı eşitmə qabiliyyətinə malik olmasını təyin ediblər. Onların səs eşitmə qabiliyyəti, 120-130 kHz diapazonundadır. Bu, dünya üzrə eşitmə qabiliyyətinə görə 1-ci yerdə olan uçan siçanların eşitməsindən daha yüksəkdir.

Dəniz siçanının uzunluğu 1,5 metr, çəkisi isə 100 kiloqramdır. Onların bel üzgəcləri yoxdur, qidaları isə balıqlar, kiçik su heyvanlarıdır.
Oxşar mövzular