Nazir Sahil Babayevin bir tərəfi "qonşu xalqın" nümayəndəsidir - Sirlərlə dolu məktub niyə ünvanına yetişmədi?

Nazir Sahil Babayevin bir tərəfi "qonşu xalqın" nümayəndəsidir - Sirlərlə dolu məktub niyə ünvanına yetişmədi?
Ötən il keçirilən prezident seçkilərindən sonra formalaşdırılan yeni komandanın ən gənc üzvü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinat alan Sahil Babayev artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir.

Bir il ərzində nazirlikdə ciddi islahatların aparılması ilə bağlı piar kompaniyası aparılsa da əslində ortada ciddi bir irəliləyiş yoxdur. Nazirin bir illik “islahatları” isə yarıtmaz kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi,ünvanlı sosial yardım alan yoxsul vətəndaşlara maliyyə dəstəyinin dayandırılması müqbilində xəstə, arıq heyvanların verilməsi və digər addımlarla ciddi narazılıq doğurub.

S.Babayevin apardığı kadr siyasəti nəticəsində nazirliyin aparatında ikitirəlik yaranıb. Uzun illər burada işləmiş şəıxslərin böyük əksəriyyəti Səlim Müslümovun kadrları adıyla uzaqlaşdırılıb, əvəzində isə yeni nazirin dostları iş başına gətirilib. Yeni təyinatlar isə nazirlikdə iş prinsipini nəinki müsbətə doğru dəyişib, əksinə vəziyyət daha da acınacaqlı hal alıb.

Redaksiyamıza verilən məlumata görə, Sahil Babayev cəmi 11 ay ərzində özünü o qədər gözdən salıb ki, hətta iqtidaryönlü mediada belə kəskin tənqid olunur. Bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün verdiyi heyvanların bir hissəsinin xəstə olmasıdır. Bununla bağlı iqtidaryönlü mediada və telekanallarda çoxsaylı faktlar əksini tapdıqdan sonra, nazir Sahil Babayev də bu faktları etiraf etmək məcburiyyətində qaldı. Məlumatlarda “Özünüməşğulluq proqramı”nın icrası çərçivəsində vətəndaşlara iri və xırda buynuzlu 30 min baş heyvan paylandığı bildirilir. Sahil Babayev isə özünə bəraət qazandırmaq üçün yalnız paylanan heyvanların 1 faizi ilə bağlı narazılıq olduğunu deyir. Guya cəmisi 1 faiz heyvan xəstə və arıq olub, qalanlarının hamısı sahiblərini dövlətləndirib. Xatırladaq ki, bu heyvanların hər biri dövlət büdcəsinə yüklü miqdarda vəsaitə başa gəlib.

“Özünüməşğulluq proqramı”nın faktiki olaraq iflasa uğraması, bu proqramın piar effektinin hakimiyyətin əleyhinə işləməsi və ümumiyyətlə Sahil Babayevin 11 ay öncə ona göstərilən etimadı doğrultmaması onun karyerasını təhlükəyə atıb. Kadr siyasəti ilə bağlı yaranmış narazılığın üzərinə xəstə heyvanlarla bağlı məqamı da gələndə, nazir Sahil Babayevin etimadı qətiyyən doğrultmadığı aydın görünür.

Redaksiyamıza Sahil Babayevlə bağlı şok məlumatlar daxil olub. Bərdə rayonundan ictimaiyyətdən əldə etdiyimiz məlumatlara görə, nazirin bir tərəfi qonşu xalqın nümayəndəsidir. Bəli,bəli düz təxmin edirsiniz, söhbət heç də Qafqazda yaşayan çoxsaylı xalqlardan hansısa birindən deyil, məhz tarixi düşmənimiz olan ermənilərdən gedir. Belə iddia olunur ki, Sahil Babayevin nənəsi Lusiya Munasyandır və bu fakt nazir tərəfindən nə qədər cidd-cəhdlə gizlədilsə də cidanı çuvalda gizlətmək mümkün olmur. Hətta bizdə olan məlumata görə, nazirin öz əmisi Tofiq Babayev qardaşı oğlunun nazir təyinatından sonra qəzəblənərək prezidentə şikayət ünvanlayıb. Həmin şikayətdə T.Babayev açıq-aşkar bildirib ki, nazir Sahil Babayevin nənəsi ermənidir, S.Babayevin həmin vəzifəni daşımağa mənəvi haqqı yoxdur. Lakin, əldə etdiyimiz məlumata görə, əmisinin məktubundan zamanında xəbər tutan S.Babayev şikayətin ünvanına çatmasını əngəlləyə bilib. Bundan sonra əmisinin könlünü almaq üçün böyük xahiş minnətlə əmisi oğlunu Qırmızı Körpü tərəflərdə gömrük xidmətində yüksək vəzifəyə təyin etdirə bilib.Nəvələrdən biri xəstə danalarla əhalinin başını qatır, digəri isə şantajla gömrükdə nə həngamələr qoparır, bir Allah bilir. Bu boyda faktı isə indiyə qədər gizlətmək nə qədər cinayətdirsə, buna şərait yaratmaq da eyni dərəcədə cinayətdir. Bəlkə S.Babayevin “özünüməşğulluq proqramı” “özünüaldatma” planının bir hissəsiymiş, xəbərimiz olmayıb?

PS.Mövzu ilə bağlı əldə etdiyimiz məlumatları ictimaiyyətləşdirmək bizim üzərimizə düşürsə, ölkəmizdə azad mətbuatın verdiyi səlahiyyətlədən istifadə edərək biz bunu etdik.Tədbir görmək isə İXTİYAR SAHİBLƏRİNİNDİR.

Nicat Mahmudov

Rubrika.Az
Oxşar mövzular