Nazir müavini zamanında Əli İnsanovun BAŞ KASSİRİ OLUB - Elsevər Ağayevlə bağlı ilginc iddialar

Nazir müavini zamanında Əli İnsanovun BAŞ KASSİRİ OLUB - Elsevər Ağayevlə bağlı ilginc iddialar
Remz.info Teref infoya istinadən xəbər verir ki,Səhiyyə nazirliyində kadr dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, hazırda nazir müavini postunu tutan Elsevər Ağayev vəzifəsindən alınacaq.

Xatırladaq ki, Elsevər Ağayev yeganə səhiyyə vəzifəlilərindəndir ki, Əli İnsanovun vaxtından işləyir. Zamanında Əli İnsanovun "qara kassası" rolunu oynayan Elsevər Ağayev indi də Oqtay Şirəliyevə eyni xidməti göstərir. Və buna görədir ki, barəsində yetərincə açıq ittihamlar olan Elsevər Ağayevə "gözün üstündə qaşın var" deyən yoxdur.

Qeyd edək ki, Elsevər Ağayevin adı "dərman mafiyası" işində də hallanmışdı. Belə ki, onun ölkəyə qaçaqmal yolu ilə gətirilən dərman möhtəkirləri və həbsdə olan gömrük generalları ilə xəfif əlaqələrinin olduğu da iddia olunurdu.

Lakin həmin ərəfədə müəmmalı bir şərait yarandı qeyri-leqal dərman bizensinə görə, gömrükçülər həbs olunsa da səhiyyə nazirliyində bu sahəyə kiratorluq edən Eslevər Ağayev yaxasını kənarda tutmağa müvəffəq oldu.

Məlumatlı mənbə dia.az-a bildirir ki, amma indi sıra ondadır: "Elsevər Ağayev işdən azad olunsa, onun barəsində rahatlıqla hüquqi araşdırma aparıla bilər. Bu isə ortaya böyük ittihamlarla dolu faktları çıxaracaq".

Bu arada mənbə onu da bildirib ki, Elsevər Ağayev keçmiş nazir Əli İnsanov azadlığa çıxandan sonra onunla araçıların vasitəsilə telefonla danışıb. Mənbə iddia edir ki, məhz bu danışıq onun gedişini sürətləndirə bilər: "Hər halda, Elsevər Ağayevlə Əli İnsanovudərin tellər bağlayır və onlar bir-biriləri haqda çox bilgiləri bilirlər. Hətta Əli İnsanovun bildikləri köhnəlmiş kimi görünsə də, Elsevər Ağayevi həbsə belə yollamağa yetərlidir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Qarşı tərəfi də dinləməyə hazırıq...
1
Oxşar mövzular