Bakı Sağlamlıq Mərkəzi, yoxsa xəstəlik mərkəzi?.. - NARAZILIQ VAR...

Bakı Sağlamlıq Mərkəzi, yoxsa xəstəlik mərkəzi?.. - NARAZILIQ VAR...

...Dövlət müəssisəsi olan bu sağlamlıq ocağından “Remz".infoya neçə dəfədir şikayətlər daxil olurdu. Ancaq çox vaxt şikayətçilər adlarının gizli qalmasını istəyirdilər. Bunu isə biz təbii ki, anonim olduğundan, qəbul edə bilməzdik.

Bu günlərdə rdaksiyamıza daha bir zəng olundu.Şikayətçi ürək çatışmazlığından həmin klinikaya müraciət etdiyini qeyd etdi.Lakin ona lazım olan xidmətdən narazı qaldığını və bu xidmətdə əsasən Bakı Sağlamlıq Mərkəzinin həkimi,Afiyəddin İsgəndərov tərəfindən yalançı və həkimlik adına xələl gətirən biri olduğunu qeyd etdi.Araşdırma zamanı redaksiyamızın əməkdaşı Afiyəddin Həkimin mobil telefon nömrəsini tapıb ,ona zəng etdi.Lakin Afiyəddin İsgəndərov müxtəlif bəhanələrlə açıqlama verməkdən imtina etdi.Əməkdaşımız 4 dəfə Bakı Sağlamlıq Mərkəzinə getmiş və hər dəfə də Afiyəddin həkim oyun qurmuş,guya rəhbərlik onu yanına çağırır,yaxud ağır xəstə var,adı altında aradan şıxıb.Səhiyyə yazarı kimi 15 illik təcrübəyə malik olan əməkdaşımız indiyə qədər belə dələduz həkimlə rastlaşmadığını söylədi.Artıq bu dəfə Klinikanın rəhbərliyinə müraciət etməli olduq.Bir neçə dəfə 0124409453,0124408917 nömrələrinə zəng etdik.Cavab verən olmadı.Belə başa düşmək olar ki,vətəndaşı aldadaraq bütün hallarda məsuliyyətdən qaçmaq Klinikanın vərdişidir.
Bundan başqa bu klinika haqqında digər mətbu orqanlarda müxtəlif tənqidi məqalələr yer alır.Təzadlar,Gündəm xəbər,DİA.az,Publika.az saytlarında klinika haqqında kifayət qədər tənqidi məqalələr dərc olunub.Bunlardan birinə istinadən qeyd etmək olar ki vətəndaş hər şöbədə aldadılır.
Adının çəkilməsini istəməyən xəstə yaxınlarından birinin qəzetimizə verdiyi məlumata görə, hər şey bununla bitmir:
«Elə yatağına uzanan kimi, mərkəzin aşbazı özünü hövlənk yetirir. Başlayır ki, siz nə yeyirsiniz, nə olar, nə olmaz. Yəni aşbaza hesabat verməklə iş bitmir. Aydın olur ki, hər gün yemək üçün əlavə bir manat da aşbaza ödəməliyəm. Bundan sonra isə həkimlərin digər fırıldaqları işə düşür. Belə ki, həkimin israrlı tələbi ilə rentgenə 5 manat, ÜZİ-yə 15 manat, kordioqrama üçün 20 manat, tomoqrafiya üçün 50 manat verməlisən. Bununla canını rüşvət tələsindən qurtulduğunuzu da düşünməyin. Həkimlər yazdıqları dərmanları haradan, yəni hansı aptekdən almaq uğurunda xəstə ilə açıq şəkildə mübahisə aparır. Deyir ki, guya digər apteklərdə satılan dərmanlar keyfiyyətsizdir. Yəni həkimin tövsiyə etdiyi aptekdən dərmanı almasaq, müalicəyə təminat verilmir. Bəli, ən təsirli tələ budur».
Şikayətçi deyir ki, həkimlərin “əməkdaşlıq” etdiyi aptekdən nisbətən baha qiymətə alınan dərmanları hətta xəstənin ayağına gətirirlər:
«10 günlük müalicə dövründə həkimlərin başqa fırıldaqları da var. Məsələn, kursun yarısında gəlirlər ki, bəs, travmatoloq və ya dəri həkimi də çağırmışıq. Buna görə 50 manat ödənilməlidir. Həmin həkim isə yoxlayandan sonra əvvəlki həkimin yazdığı bir neçə dərmanı qəbul etməyi qadağan edir və əlavə dərman yazır. Təbii ki, bu da apteklərlə gizli əməkdaşlıq edərək, xəstə “qanın sovurmağa” çalışan həkimlərin əlavə qazancı deməkdir».
Bir neçə ay bundan əvvəl bütün rəhbərlik və həkim personalı dəyişib.Hal hazırda Təcili və Təxirə salınmaz yardım şöbəsinə ,sözün əsl mənasında həkimlikdən xəbəri olmayan yalançı və fırıldaq bir adam Afiyəddin İsgəndərov başçılıq edir.Səhiyyə Nazirliyinə müraciət etməyi planlaşdırırıq.İnanırıq ki, səhiyyə naziri hörmətli O.Şirəliyev bu xəstəxanaya diqqəti artıracaq və BSM-i bazara döndərənlər layiqli cəzalarını alacaqlar. Haqqı tapdalanan vətəndaş isə hüququnun bərpa olunacağına inamımı ifadə edirəm. Çünki nazir kimi cənab O.Şirəliyevin vətəndaşlara qarşı necə həssas və hümanist olduğunu yaxşı bilirik.
Oxşar mövzular