““Uber”i satsan 7 il Azərbaycanı saxlamaq olar” - EKSPERT

““Uber”i satsan 7 il Azərbaycanı saxlamaq olar” - EKSPERT
“2009-cu ildə Azərbaycanda Konstitusiyanı dəyişib bir nəfərin iki dəfədən artıq prezident olmasına qadağanın götürüldüyü vaxt ABŞ-da Garrett Camp və Travis Kalanick adlı iki gənc “Uber” şirkətini təsis etdilər.

Azərbaycanın 2009-cu ildə dövlət büdcəsi 12 milyard dollar idi, “Uber” şirkəti isə cəmi 1,2 milyon dollarla quruldu”.

Sehiyye.info Cebhe.infoya istinadən xəbər verir ki, məlumatı iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu gün Azərbaycanın dövlət büdcəsi 12 milyard dollardır, “Uber”in bazar dəyəri isə 82 milyard dollara çatıb:

“Yəni, bu gün “Uber”i satsan 7 il Azərbaycanı saxlamaq olar. ABŞ-da biznesə dövlət qayğısı yoxdur, gündə bir "Yol Xəritəsi", "Yeni iqtisadi model" düşünmürlər, rəqabətli mühit və ədalətli məhkəmələr var, vəssalam. Belə olanda Travis kimi oğullar 10 ilə 1 milyon. İlkin dəyəri olan şirkəti 82 milyard dollara çatdırır”.
Oxşar mövzular