İş adamı üsyan edir

İş adamı üsyan edir

Remz info xəbər verir ki,Sədərək Ticarət Mərkəzində çalışan iş adamı Vüqar Həmati ona olunan haqsızlığa qarşı üsyan edir.Belə ki,Bazarın rəhbərliyi tərəfindən onun mağazası bağlanıb.Səbəb isə onun talış dilində yazdığı şerlərdir.
Vüqar ticarətçi olmağla bərabər həm də publistikayla məşğul olur. Vüqar və onun kimi şairlərin Talış dilində yazdıqları şerlər “Aləm” jurnalında nəşr edilir. Vüqarın işlətdiyi dükan “Sədərək” ticarət mərkəzinin “Şirniyyat” deyilən bazarınds yerləşir. Uzun sözün qısası Vüqar 3-4 gün əvvəl səhər tezdən işə gələndə görüb ki mağazasının qaplsını plomblayıblar. Niyə belə olduğunu soruşanda isə guya bazarda rüsum pulunu ödəməmisən deyiblər. Vüqar çekləri göstərətək onların bu bəhanəsin kəsib. Buna baxmayaraq yenə də icazə verməyiblər bu dükanı açmağa. Və 1-2 günlük çək-çevirdən sonra Vüqara deyiblər ki bəs sənin dükanını bağlamağ qəti qərarımızdır. Səbəb də sənin Talış dilində jurnal buraxmağın. Adamın heç bir müxalif yönlüyü bir yana qalsın, siyasi yöndə zərrə qədər də olsun fəaliyyəti yoxdur. Jurnalında da ancaq vətənə, torpağa, xalqa , anaya aid tipdə şer və hekayələr çap olunur.
Bu anlaçılmaz hərəkətə göstəriş haradan və niyə olunduğu müəmmalıdır.İnanmırıq ki, bu rəhbərliyin öz yanından verilən qərardır. Amma Vüqar statusunda bazar rəhbərliyinin dediyinə görə bu göstərişin yuxarıdan gəldiyini qeyd edib.
Məsələ o qədər ciddiləşib ki,Hətta Vüqar Hətami mağazasının onun əlindən alınacağı kimi fikirlər də söylənilib.Bundan sonra o,Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin yanlış addım atdığını qeyd edib.Bu gün isə sosial şəbəkədə yer pullarının qanunsuz yığımı haqında post paylaşıb.
""Sədərək" T/M-də 60 kvadrat metrlik mağazaya görə hər ay kassaya1200 manat pul ödəyİrik. Və bizə, aşağıda sizə təqdim etdiyim şəkildə gördüyünüz kimi bir kağız parçası təqdim olunur ki, heç orda bizim ödədiyimiz pulun məbləği belə yazılmayıb.
Nəzərə alın ki, təkcə işlədiyim "Şirniyyat" bazarında ən ucuz yerin aylıq haqqı 1 kvadrat metrə görə 20 manat, ən bahalı yerin 1 kvadrat metri isə 500 manatdan bahadır. İş adamı üsyan edir
Elə bir qorxunc şərait, vahiməli mühit yaradıblar ki, heç kim səsini çıxarda bilmir. Səsimizi çıxardıb deyə bilmirik ki, hara gedir bizdən yığdığınız bu milyonlarla vəsait, niyə bizə ödədiyimiz yer haqqına görə qanuni çek vernirsniz?
Biri səsini çıxarınca müxtəlif formada - gah bazardan qovacaqları, gah mağazanın əlindən alınacağı, gah qoluzorluların gücü ilə, böhtan-şər atmaqla .. təyziqlərə başlayırlar.
Bəs görəsən hər ay bizdən yığılan bu milyonlar hara gedir?
İş adamının axırıncı sualına isə cavab olaraq bu saytların xəbərlərini oxumaq kifayətdir.
İş adamı üsyan edir
http://azpolitika.info/?p=492822
https://www.faktinfo.az/news/sederekin-sahibi-de-kapitalini-xarice-dasiyir-cexiyadaki-sirketine-milyonlar-yoneldib
Oxşar mövzular