Elə yalan var ki, Allah bəyənir

Elə yalan var ki, Allah bəyənir
Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yalançı insan qarşısındakını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.

Yalanın növləri:

- Ciddi deyilən yalan ki, haramdır.

- Zarafatla deyilən yalan ki, iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Sadəlövh bir insana yalan demək kimi.

İmam Sadiq (ə) buyurur: "İnsanların uzun səcdə və rükusuna baxmayın, çünki ola bilər ki, adətləri olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Onların düz danışmağına və əmanətdarlığına nəzər salın". Yəni, düz danışmaq və əmanətdarlıq imanın meyarıdır.

İmam Baqir (ə) buyurur: "Allah Təala hər bir şər və pislik üçün qıfıl qərar vermişdir ki, o qıfılın açarı - şərabdır. Yalan şərabdan da pisdir".
Oxşar mövzular