Bakı Medikal Plazada rəzalət

Bakı Medikal Plazada rəzalət
Bakının ən bahalı klinikalarından hesab olunan "Baku Medical Plaza” adı növbəti qalmaqalda hallanır.

Yenixeber.org: Ağcəbədi rayonu sakini 15 yaşlı Sevda Məmmədova bu xəstəxanada əməliyyata hazırlaşsa da, onu əməliyyatı baş tutmayıb. Buna səbəb isə xəstəxana rəhbərliyinin yeniyetmə qızın ailəsini aldatması olub.

Belə ki, Məmmədovanın xalası qızı Ayşən Ayxan feysbukda məsələ ilə bağlı yazıb ki, qohumarı klinikanın Babək filialının həkimi Vüsal Mahmudovla danışıb, həkim ailəyə bildirib ki, xəstənin ayaq vətərlərində problem var və əməliyyatla bu aradan qaldırılacaq: "Klinika əvvəlcə məbləği 4000 manata danışıb və əməliyyatın vaxtı dəqiqləşdirmişdi. İndi isə xəstəxanadan deyilib ki, əməliyyat 12000 manat qarşılığında həyata keçirilir. Sən uşağını psixoloji bu əməliyyata hazırla, çox çətinliklə pul tap və son anda qiyməti qaldırsınlar”.

A.Ayxan bildirib ki, Sevdanın 15 yaşı var, 15 ildir yerimir. Müalicə olunsa da, çox az təsiri olub. Valideynlərinin ümidi bu və bundan sonra keçiriləcək əməliyyatlara idi. Onu da belə əllərindən alırlar: "Xalamgil dekabrın 18-i Baku Medical Plazada Vüsal Mahmudovun qəbulunda olublar. Həkim Sevdanə müayinə etdikdən sonra bildirib ki, onun elə də ciddi problemi yoxdur. Sadəcə, ayaq və qol vətərləri uzadılmalıdır. Bu da 4000 AZN edir. Türkiyədən gələn həkimlərin bu əməliyyatı həyata keçirdiklərini, həkimlərin bir ay sonra gələcəyini deyib. Xalamgil də yanvarda müalicəyə gələndə əlaqə saxlayıblar, bildirilib ki, həkimlər fevralda gələcək. Xalam həkimlə danışıb deyib, 2000 manat pulumuz var. Olar ki, birinci ayaqları əməliyyat olunsun, daha sonra qolları. Həkim razılaşıb. Bu günə təyin olunan əməliyyata getdikdə isə əməliyyat edən türk həkim deyib, nə 2000, nə 4000, əməliyyatın qiyməti 15 mindir, biz sizə güzəşt edib 10-12 minə edərik. Səbəb kimi göstərib ki, ayaqda 15 yerdən əməliyyat olunmalıdır, təkcə vətərlər deyil”.

Gənc qızın qohumunu deyib ki, həkimin haqqında bəhs etdiyi əməliyyat barədə ailənin məlumatı var: "Türkiyədə belə bir əməliyyat var, qiyməti 15-20 min civarındadır. Amma adamların buna maddi imkanı çatmır deyə ilkin olaraq vətərlərin əməliyyat olunmasını istəyiblər. Onlar isə etməyiblər”.(medicina.az)
Oxşar mövzular